...

Ermənilər kəndi yandırdı, insanlara amansız divan tutdular - Ağdaban faciəsinin şahidləri (FOTO/VİDEO)

Siyasət Materials 8 Aprel 2022 18:28 (UTC +04:00)
Ermənilər kəndi yandırdı, insanlara amansız divan tutdular - Ağdaban faciəsinin şahidləri (FOTO/VİDEO)

Tərtər. Aslan Məmmədli -Trend:

30 il əvvəl - 1992-ci ilin aprelin 8-də erməni quldur dəstələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək azərbaycanlıları kütləvi soyqırıma məruz qoyub. Xocalı faciəsinin bənzəri olan Ağdaban qətlimanı zamanı yüzlərlə kənd sakini xüsusi amansızlıqla qətlə yetirilib, günahsız insanlar işgəncə ilə öldürülüb.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu faciənin 30 illik ildönümü ərəfəsində hazırda Tərtərdə məskunlaşan kənd sakinlərinə baş çəkib.

Ağdaban faciəsi zamanı təsadüf nəticəsində sağ qalan soydaşlarımız həmin gecə baş verən dəhşətləri ürək ağrısı ilə xatırlayıblar. Faciə şahidləri bildiriblər ki, erməni terrorçuları həmin günlərdə xalqımıza qarşı tarixdə misli görünməyən vəhşiliklər törədib.

Trend TV-nin hazırladığı videomaterialı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti