...

Azad olunan ərazilərimizin minalardan təmizlənməsində beynəlxalq donorlar aktiv olmalıdır - Hərbi ekspert

Siyasət Materials 13 Aprel 2022 16:00 (UTC +04:00)
Azad olunan ərazilərimizin minalardan təmizlənməsində beynəlxalq donorlar aktiv olmalıdır - Hərbi ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə sahəsində beynəlxalq ictimaiyyətin fikri Azərbaycana qarşı birmənalı deyil.

Bunu Trend-in sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, ANAMA və BMT-nin inkişaf proqramı çərçivəsində “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri”i mövzusunda konfrans keçirilsə də, Azərbaycanın azad olunmuş torpaqlarında fəaliyyət göstərmək üçün gələn təkliflər məhdud saydadır.

"Bu məsələlərin qısa müddətdə həyata keçirilməsi üçün beynəlxalq donorlar daha aktiv olmalıdırlar. Zamanında ermənilərin işğal etdiyi ərazilərimizin "mina tarlası"na çevrilməsinə göz yumanlar bu gün həmin minaların təmizlənməsi üçün zəruri miqdarda vəsait, şəxsi heyət, texnika və avadanlıqlar ayırmalıdırlar", - deyə Ə.Verdiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti