...

Parlament seçkilərinin birinci turundan sonra Fransada bir neçə nazir postunu tərk edə bilər

Siyasət Materials 13 İyun 2022 05:55 (UTC +04:00)
Parlament seçkilərinin birinci turundan sonra Fransada bir neçə nazir postunu tərk edə bilər

Bakı. Trend:

Parlament seçkilərində iştirak edən Fransa hökumətinin bir neçə üzvü birinci turda səsvermənin ilk nəticələrinin dərcindən sonra istefa təhlükəsi ilə üz-üzə qalıblar.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Fransa DİN məlumatlarında göstərilir.

Seçkilərdə hökumət üzvlərinin yarıdan çoxu iştirak edir: 14 nazir və baş nazir Elizabet Born.

Prezident Emmanuel Makron daha əvvəl xəbərdarlıq etmişdir ki, seçki dairələrində uduzanlar kabinetdə qala bilməyəcəklər.

Baş nazir, Kalvados departamentində öz bölgəsində birinci yeri qazansa da, solçu "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) koalisiyasından olan rəqibi Noé Qoçard üzərində kifayət qədər üstünlüyə nail ola bilməyib. Seçicilərin 34,3%-i Borna, 24,5%-i NUPES-in namizədinə səs verib.

Ətraf Mühitin Planlaşdırılması və Əraziləri üzrə Nazir Amélie de Montchalin də vəzifədə qalmağı sual altına düşüb. Paytaxtın Essonne departamentinin seçki dairəsində o, 31,4%, solçu koalisiyadan olan rəqibi Jerom Quedj isə 38,3% səs toplayıb.

Analoji vəziyyətə daha bir neçə hökumət üzvü də düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti