...

Xocavənddə aşkarlanan kütləvi məzarlıq erməni vəhşiliyinin növbəti təzahürüdür - Şərh

Siyasət Materials 5 Oktyabr 2022 10:19 (UTC +04:00)
Xocavənddə aşkarlanan kütləvi məzarlıq erməni vəhşiliyinin növbəti təzahürüdür - Şərh
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ötən əsrin əvvəllərində də ermənilər xalqımıza qarşı bu cür qətllər törətmişdi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da bu kimi cinayətlərlə üzləşdi.

“Xocavənddə aşkarlanan kütləvi məzarlıq bir daha göstərir ki, belə qətliamların sayı onlarladır. Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyi bu günə qədər məlum deyil, onların başlarına nə gətirildiyi bilinmir. Qalıqları tapılan bu insanların da taleyi, başlarına nələr gəttirildiyi məlum deyil. Azərbaycan xalqına qarşı vəhşilik, qətliamlar Ermənistanın dövlət siyasətinə çevrilib”, - deyə deputat bildirib.

O qeyd edib ki, təəssüflər olsun ki, bugünə kimi beynəlxalq qurumlar Ermənistanın bu cür çirkin hərəkətlərinə heç bir reaksiya vermirlər.

“Təəssüf ki, beynəlxalq qurumların bu cür yanaşması, laqeyd münasibəti və hətta bir sıra hallarda Ermənistana havadarlıq etməsi, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verməsi erməniləri növbəti cinayətlər törətməyə həvəsləndirir. Ona görə beynəlxalq qurumların da üzərinə çox ciddi məsuliyyət düşür. Onlar haqqın yanında olmalıdırlar, ermənilərin saxta, yalan məlumatlarına uymamalıdırlar və Ermənistanın təcavüzkar əməllərini qəti şəkildə pisləməlidirlər və Ermənistana sanksiyalar tətbiq etməlidirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda hərbçi olduqları güman edilən 12 nəfərə aid qalıqlar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti