...

İranın son zamanlar Azərbaycana qarşı apardığı siyasət heç də ikitərəfli münasibətlərin yaxşılaşmasına xidmət etmir - Aydın Mirzəzadə

Siyasət Materials 16 Noyabr 2022 16:00 (UTC +04:00)
İranın son zamanlar Azərbaycana qarşı apardığı siyasət heç də ikitərəfli münasibətlərin yaxşılaşmasına xidmət etmir - Aydın Mirzəzadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İranın son zamanlar Azərbaycana qarşı apardığı siyasət heç də ikitərəfli münasibətlərin yaxşılaşmasına xidmət etmir.

Bu fikirləri bu gün Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, son dövrlər Iranın rəsmi şəxsləri, o cümlədən, hərbi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və təhdid dolu çağırışlar edirlər.

"Bu onu göstərir ki, İran Azərbaycana qarşı olan münasibətində diplomatik qaydaları kənara qoyub. İranın siyasi dairələrində hər zaman Azərbaycanın müstəqilliyi qıcıq doğurub. Eyni zamands İranın son zamanlar Azərbaycana qarşı tutduğu radikal siyasət onun daxili həyatındakı olan ciddi problemlərlə bağlıdır. İranı bürüyən iğtişaşlar İran siyasi rejimi üçün çox böyük problemlər yaradır",- deyə o bildirib.

Deputat vurğulayıb ki, İranın özünü İslam Respublikası adlandırmasına baxmayaraq, 30 illik işğal dövründə Azərbaycan torpaqlarında islam məbədlərini təhqir edən Ermənistana dost deməsi heç cür başadüşülən deyil.

"Bu gün İran əslində özünü Ermənistanın hakimiyyət orqanları kimi aparır. Azərbaycanın İranla bağlı olan dostluq münasibətlərini heçə endirməyə çalışır. 30 illik işğal dövründə də onlar Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çalışmayıb. Bu günlər İranın Azərbaycana qarşı münasibəti onu göstərir ki, İran dostluq münasibətlərini ləğv etməyə, Azərbaycanı təxribatlara cəlb etməyə çalışır. Lakin onlar unudurlar ki, Aəzrbaycan müstəqil dövlətdir və öz müsətqilliyini qorumağı bacarır", - deyə A.Mirzəzadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti