...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müsbət şəkildə davam edir - İbrahim Kalın

Siyasət Materials 29 Noyabr 2022 15:07 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müsbət şəkildə davam edir - İbrahim Kalın
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün yerli telekanallardan birinə müsahibəsində bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşü önəmli adlandırıb.

"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

Üçüncü ölkə vətəndaşlarının giriş-çıxışı, diplomatik pasportlarla səfərə icazə verilməsi yaxın zamanda reallaşdırılması ehtimal edilən addımlardır. Biz bütün Cənubi Qafqazda rifah və sülh üçün zəmin olmasını arzu edirik. Qarabağ məsələsi həll olundu və 30 ildir qurula bilməyən təmaslar qurulur. Təmaslar artıq üçüncü tərəflər vasitəsilə yox, birbaşa qurulur. Bu, çox vacibdir", - deyə İ.Kalın əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti