...

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib (FOTO)

Siyasət Materials 30 Mart 2023 20:12 (UTC +04:00)
Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib (FOTO)

Bakı. Trend:

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərafatın ev muzeyi barəsində ətraflı məlumat verib.

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Nazir Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti