...

Ermənistan hava məkanının bağlanılması soyqırım iddialarına cavabdır - İbrahim Kalın

Siyasət Materials 3 May 2023 13:53 (UTC +04:00)
Ermənistan hava məkanının bağlanılması soyqırım iddialarına cavabdır - İbrahim Kalın

Bakı. Trend:

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanla hava məkanının bağlanılmasına dair açıqlama verib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Kalın Ermənistanın soyqırımı ittihamlarının cavabsız qalmadığını da qeyd edib.

“Ermənistanın soyqırımı ittihamları ilə bağlı fəaliyyətinin cavabsız qalmayacağının göstəricisidir. Bu, hava məkanının bağlanması ilə nəticələnəcək”,- Kalın qeyd edib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyənin Ermənistanla hava məkanını bağladığı barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti