...

İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 30 May 2023 18:55 (UTC +04:00)
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında dəstəyini bundan sonra da əsirgəməyəcək".

Xəbər lenti

Xəbər lenti