Bakı. Trend:
Türkiyənin ticarət naziri Ömər Bolat Bakıya rəsmi səfər edəcək.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə nazirlikdən daxil olan məlumatda bildirilib.
Məlumata əsasən, Bolat Azərbaycana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edən qrupun tərkibində gələcək.
Qeyd edək ki, sabah Prezident Ərdoğan Azərbaycana rəsmi səfər edəcək.
Məlumat üçün bildirək ki, Ömər Bolat Türkiyənin ən böyük holdinqlərindən biri olan Albayrak Holdinqin rəhbəri vəzifəsində çalışıb.