...

Azərbaycan bu ölkədə də səfrilik açacaq

Siyasət Materials 7 İyul 2023 12:19 (UTC +04:00)
Azərbaycan bu ölkədə də səfrilik açacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Slovakiyada səfirlik açacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, bundan öncə, 18 Noyabr 2022 tarixdə Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik, Fələstində isə Təmsilçilik Ofisi açılması ilə bağlı qanun layihələrini qəbul edib. Azərbaycanın ümumilikdə xarici ölkələrdə 89 diplomatik nümayəndəliyi, o cümlədən 66 səfirliyi, 6 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 8 səfirlik və təmsilçilik ofisi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti