...

Ağdam-Xankəndi yolunun açılması: separatçıların sonu çatıb (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 18 Sentyabr 2023 15:38 (UTC +04:00)
Ağdam-Xankəndi yolunun açılması: separatçıların sonu çatıb (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığın əldə olunması Azərbaycanın növbəti qələbəsidir. Ermənistan və havadarları çox çalışdılar ki, bu yolun açılmasına mane olsunlar, lakin onların bu cəhdləri, həmişəki kimi, uğursuzluğa düçar oldu. Azərbaycan, hər zamankı kimi, bu məsələdə də prinsipal və qətiyyətli mövqe ortaya qoydu, bütün təzyiqlərə və təxribatlara layiqli cavab verməklə haqlı mövqeyindən geri çəkilmədi və sonda öz məqsədinə nail oldu.

Məsələ ilə bağlı Trend-də açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın öz suveren hüquqlarının həyata keçirilməsinin növbəti mərhələsidir.

“44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Müəyyən müddət Azərbaycan Laçın yoluna hər hansı bir nəzarət etmədən hərəkətə şərait yaratdı, amma məlum oldu ki, Ermənistan bundan sui-istifadə edir, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə Ermənistan hərbi texnikası daşınır, bu hərbi sursatdan Azərbaycana qarşı aktiv istifadə edilir.

Bunların qarşısını almaq üçün Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmağa məcbur oldu. Eyni zamanda, Azərbaycan tələb etdi ki, yüklər təkcə Laçın yolu ilə daşınmalı deyil, Ağdam-Xankəndi yolundan da istifadə edilməlidir”, - deyə deputat bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti