...

Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi - Türkiyə müdafiə naziri

Siyasət Materials 22 Sentyabr 2023 17:34 (UTC +04:00)
Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi - Türkiyə müdafiə naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi.

Trendxəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi.

"Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında heç nə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi.

Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur oldu. Rusiya tərəfi həmin ərazilərin Azərbaycana aid olduğunu söylədi. Rusiya düzgün mövqe ortaya qoydu. Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz hərbi birləşmələrlə əlaqəsinin olmadığını deyir. Elə isə onları kim dəstəkləyir?

İnşallah, baş verənlər sülhün istiqamətində addım olar. Ümid edirəm ki, Ermənistan öhdəliklərinə əməl edər və regiona sülh gələr", - deyə Y.Gülər əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti