...

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi sabitlik üçün yeganə yoldur - Türkiyənin müdafiə naziri

Siyasət Materials 29 Sentyabr 2023 09:48 (UTC +04:00)
Ermənistanın verdiyi vədləri yerinə yetirməsi sabitlik üçün yeganə yoldur - Türkiyənin müdafiə naziri

Bakı. Trend:

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler danışıb.

"Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin sonunda atəşkəs sazişi imzalandı. Hər kəsin gözləntisi müqavilə tərəflərinin buna əməl edəcəyi idi. Proses zamanı Azərbaycan buna ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi.

Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olması üçün yeganə yoldur", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti