...

Milli Məclis Zəfər Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 8 Noyabr 2023 11:31 (UTC +04:00)
Milli Məclis Zəfər Günü ilə bağlı paylaşım edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sosial şəbəkələrdəki rəsmi səhifələrində 8 Noyabr-Zəfər Günü münasibəti ilə paylaşım edilib.

Trend-in məlumatına görə, paylaşımda Vətən müharibəsində möhtəşəm Zəfərin ildönümündə bu Şanlı Qələbənin qürurunu xalqımıza yaşadan qəhrəman övladlarımızın şücaətləri minnətdarlıqla qeyd olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimiz rəhmətlə anılıb.

Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda Zəfərin üçüncü, xüsusi ildönümünü qeyd edirik. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi unikal, usta siyasət sayəsində mümkün oldu. O, həm Ermənistan rəhbərlərini, həm də separatçıların “başçı”larını, onların çoxsaylı diasporunu, bütün strateqlərini və hamilərini darmadağın edərək yüzilliklər ərzində ilk dəfə ölkəmizin bütün ərazisində suverenliyini bərpa etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti