Bakı. Trend:
Artlq Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün "fürsət qapısı" açılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə parlamentində çıxışı zamanı müdafiə naziri Yaşar Gülər deyib.
O qeyd edib ki, Ermənistan da bunu başa düşərək hərəkət etməlidir.
Y.Gülər Ermənistanın qonşuları ilə əməkdaşlığa hazır olduğunu göstərəcəyinə ümid etdiyini bildirib.