...

Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 5 Fevral 2024 21:25 (UTC +04:00)
Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycanda Prezident seçkilərini müşahidə edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak edəcəklər.

Trend-in məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti bildirib.

“Nataliya Budarina və Anton Lopatin [Azərbaycan prezidenti] seçkilərinin [Rusiya Mərkəzi Seçki Komissiyasından] beynəlxalq müşahidəsində iştirak edəcəklər”, - deyə qeyd olunub.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti