...

Avropada göyöskürək hallarında artım müşahidə olunur

Dünya xəbərləri Materials 9 May 2024 15:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin əvvəlindən bu ilin aprel ayınadək Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Zonasına daxil olan (AİZ +Norveç, İslandiya və Lixtenşteyn) ölkələrdə göyöskürəyə yoluxma halları 2021-2022-ci illərlə müqayisədə 10 dəfə çox qeydə alınıb.

Trend bu barədə Avropa Səhiyyə Agentliyinin hesabatına istinadən xəbər verir.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) tədqiqatında məlumat bildirilir ki, bu dövr ərzində Aİ/AİZ ölkələrində təqribən 60 000 yoluxma halı aşkarlanıb. 2023-cü ildə - 25 130 yoluxma halı, bu ilin yanvar-mart aylarında – 32 037 yoluxma halı qeydə alınıb.

Qeyd olunur ki, əksər təsdiq olunmuş halların pediatrik yaşın (86%), xüsusilə 10-13 yaç arasında uşaqların (21%) və 1 yaşadək uşaqların (20%) payına düşür.

ECDC-nin məlumatına əsasən, peyvənd olunmayan və ya qismən peyvənd olunan 6 aya qədər olan körpələr daha çor risk qrupuna daxildirlər.

Avropa Səhiyyə Agentliyi ölkələrə vaksinasiya proqramlarını gücləndirməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti