...

Türkiyədə daha bir təyyarə qəzalı eniş edib

Dünya xəbərləri Materials 9 May 2024 16:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Antalyada Türkiyənin “Corendon Airlines” şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.

“Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və altı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib”, - məlumatda bildirilib.

Xatırladaq ki, dünən ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti