...

Azərbaycanda Prezident seçkilərində çoxlu sayda tələbə səsvermədə iştirak edir - Müşahidəçi

Siyasət Materials 7 Fevral 2024 18:56 (UTC +04:00)
Azərbaycanda Prezident seçkilərində çoxlu sayda tələbə səsvermədə iştirak edir - Müşahidəçi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Seçki məntəqələri saat 8:00-da açılandan bəri Azərbaycanda növbədənkənar Prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından (YAP) müşahidəçi Günel Acalova 16 saylı Yasamal ikinci seçki dairəsinin 21 saylı seçki məntəqəsində deyib.

"Seçkilər şəffaf keçirilir, heç bir qanun pozuntusu müşahidə edilmir, biz müşahidə missiyamızı davam etdiririk. Bütün yaş qruplarından olan seçicilər, çoxlu tələbələr fəal səs verirlər", - Günel Adcalova qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti