...

Azərbaycanın NATO ilə əməkdaşlığı sülhün və sabitliyin qorunmasına hesablanıb (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 18 Mart 2024 14:12 (UTC +04:00)
Azərbaycanın NATO ilə əməkdaşlığı sülhün və sabitliyin qorunmasına hesablanıb (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq dünən Azərbaycana rəsmi səfər edib. Azərbaycanla NATO arasında konstruktiv əməkdaşlıq mövcuddur.

Məsələni Trend-ə şərh edən hərbi ekspert Azər Bayramov bildirib ki, Yens Stoltenberqin ölkəmizə səfəri əlamətdar hadisədir.

"NATO-nun Baş katibinin ölkəmizə səfəri ilk növbədə regionda və qlobal təhlükəsizlikdə Azərbaycanın nə dərəcədə əhəmiyyətli və mühüm ölkə olduğunu bir daha ortaya qoydu. Ölkəmiz otuz ilə yaxındır ki, NATO ilə əməkdaşlıq edir. Ölkəmiz keçmiş postsovet ölkələrindən NATO ilə əməkdaşlıq edən ilk ölkələrdəndir. Getdikcə bu əməkdaşlıq dərinləşməyə başlayıb. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın NATO ilə əməkdaşlığı sülhün və sabitliyin qorunmasına hesablanıb", - o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti