...

CİA MİT sədri Kalının İran-İsrail münaqişəsində vasitəçi olmasını istəyir

Siyasət Materials 14 Aprel 2024 20:18 (UTC +04:00)
CİA MİT sədri Kalının İran-İsrail münaqişəsində vasitəçi olmasını istəyir

Bakı. Trend:

Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının İran-İsrail münaqişəsində vasitəçi olmasını istəyir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, CİA-nin direktoru Uilyam Burns MİT rəhbəri İbrahim Kalına zəng edərək, İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını istəyib.

Telefon danışığı zamanı onlar Qəzzada atəşkəs danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar.

Kalın amerikalı həmkarı ilə telefon danışığından sonra adı açıqlanmayan HƏMAS rəsmiləri ilə də görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti