...

Əbu-Dabidə Ermənistanla aparılan dialoq pozitiv dinamika nümayiş etdirdi - Hikmət Hacıyev

Siyasət Materials 20 İyul 2025 13:35 (UTC +04:00)
Əbu-Dabidə Ermənistanla aparılan dialoq pozitiv dinamika nümayiş etdirdi - Hikmət Hacıyev
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Əbu-Dabidə Azərbaycan və Ermənistan arasında keçirilmiş görüş rəsmi Bakı tərəfindən nizamlanma yolunda praqmatik və məzmunlu addım kimi qiymətləndirilir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, tərəflər arasında müzakirələrin açıq formatda, hər hansı xarici vasitəçinin iştirakı olmadan aparıldığını vurğulayıb.

“Dialoqun birbaşa, üçüncü tərəflərin iştirakı olmadan aparılması danışıqlar prosesinin mühüm xüsusiyyəti oldu”, – deyə o bildirib.

Hikmət Hacıyev qeyd edib ki, bu yanaşma tərəflərə əsas istiqamətlər üzrə, o cümlədən sülh sazişinin bəndlərinin razılaşdırılması və sərhədlərin demarkasiyası məsələlərində irəliləyiş əldə etmək imkanı verib. Onun sözlərinə görə, ümumilikdə, regionda sabitliyin möhkəmlənməsinə töhfə verən pozitiv dinamika müşahidə olunur.

O, həmçinin görüş zamanı sülh sazişinin bağlanması məsələsinin də müzakirə edildiyini təsdiqləyib. Bununla belə, H.Hacıyev bəzi məqamların xüsusi diqqət tələb etdiyini bildirib. Bu məqamlar arasında Ermənistan Konstitusiyasındakı razılaşmalara zidd müddəaların mövcudluğu və ATƏT-in Minsk qrupunun formal olaraq ləğv olunması ilə bağlı hələ də həll olunmamış məsələlər yer alır.

Sülh sazişinin ilin sonunadək imzalanması perspektivinə dair suala cavab verən H.Hacıyev qeyd edib ki, bu barədə proqnoz vermək hələ tezdir.

Xəbər lenti

Xəbər lenti