...

Laçın beynəlxalq tədbirlərin və bərpa işlərinin mərkəzinə çevrilir – Məsim Məmmədov

Siyasət Materials 20 İyul 2025 18:15 (UTC +04:00)
Laçın beynəlxalq tədbirlərin və bərpa işlərinin mərkəzinə çevrilir – Məsim Məmmədov
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Laçın. Trend:

Laçın beynəlxalq tədbirlərin və bərpa işlərinin mərkəzinə çevrilməkdədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.

Onun sözlərinə görə, Laçın tədricən böyük tədbirlər üçün beynəlxalq bir məkana çevrilir.

Prezidentin nümayəndəsi həmçinin şəhərin müharibədən sonrakı bərpasında əldə olunan uğurları vurğulayıb.

“Laçın azad olunduqdan sonra tam bərpa edilən ilk şəhər oldu — yeni hava limanı, yollar, tunellər və körpülər tikilib, artıq 3 500 sakin doğma yurduna qayıdıb”, – deyə Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti