...

AZƏRBAYCAN VƏ İRAN PREZİDENTLƏRİNİN XÜSUSİ NÜMAYƏNDƏLƏRİ XƏZƏRİN STATUSU İLƏ BAĞLI MÖVQEYLƏRİN YAXINLAŞMASI ÜZRƏ NÖVBƏTİ ADDIMLARI MÜZAKİRƏ EDİBLƏR

Siyasət Materials 13 İyul 2005 18:01 (UTC +04:00)

İyulun 13-də Bakıda Xəzərin statusu ilə bağlı Azərbaycan-İran danışıqlarının növbəti mərhələsi keçirilib. Azərbaycan XİN idarəsinin rəisi Tahir Tağızadənin Trend ə verdiyi məlumata görə, danışıqlar Azərbaycan və İran prezidentlərinin Xəzərin statusu üzrə xüsusi nümayəndələri xarici işlər nazirinin birinci müavini Xələf Xələfovla Mehdi səfəri arasında aparılıb.

T.Tağızadənin sözlərinə görə, görüşdə "iki ölkənin mövqelərinin yaxınlaşması üzrə növbəti addımlar" müzakirə edilib. Bundan başqa, Xələfov və Səfəri həmçinin "ikitərəfli əməkdaşlıq üzrə bir çox məsələləri və münasibətlərin intensivləşməsini" müzakirə ediblər".

İran prezidentinin xüsusi nümayəndəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən də qəbul edilib.

Xəbər lenti

Xəbər lenti