...

"YENİ SİYASƏT" BLOKU GƏLƏN HƏFTƏ İKİ BLOKLA SAZİŞ İMZALAYACAQ

Siyasət Materials 12 Avqust 2005 15:52 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku gələn həftə iki blokla əməkdaşlığa dair saziş imzalayacaq. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib. Əməkdaşlıq sazişi "Azərbaycançı Qüvvələr" Seçki Bloku və "Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası ilə bağlanacaq.

Əməkdaşlığa dair anlaşma əsasən, parlament seçkisinin azad, ədalətli keçirilməsi, demokratik seçki mühitinin yaradılması, bütün namizədlərin bərabər şəraitdə mübarizə aparmasına şərait yaradılması istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Həmçinin "Yeni Siyasət" blokunun digər iki qurumun namizədləri olan seçki dairələrindən öz namizədini irəli sürməməsi də mümkündür. Üç blokun namizədlərinin qarşılıqlı şəkildə dəstəklənməsi sazişin tərkib hissəsi olacaq.

"Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqələndirici Məşvərət Şurası ilə əməkdaşlıq çərçivəsində seçkilərin monitorinqinin təşkili də mümkündür.

Xəbər lenti

Xəbər lenti