...

AZƏRBAYCAN XƏZƏR HÖVZƏSİNİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ ÖZ MÖVQEYİNİ BİLDİRƏCƏK

Siyasət Materials 26 Sentyabr 2005 15:34 (UTC +04:00)

Azərbaycanın Xəzər hövzəsinin təhlükəsizliyi məsələsi üzrə mövqeyi sentyabrın 26-28-də Almaniyanın Harmiş şəhərində keçiriləcək "Xəzər hövzəsi regionunda energetika təhlükəsizliyi" adlı beynəlxalq konfransda bildiriləcək. Bu barədə Trend ə eksklüziv müsahibəsində AR XİN başçısının müavini Xələf Xələfov bildirib.

İlkin olaraq bildirilmişdi ki, Azərbaycanı onun özünün başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.Amma gərgin iş qrafiki ilə bağlı olaraq o, Harmişə gedə bilməyib. Diplomat bunu Finlandiya və Latviya prezidentlərinin Azərbaycana qarşıdakı səfəri ilə bağlı olduğunu izah edib. O, bildirib ki, Azərbaycan bu konfransda XİN, ARDNŞ və digər müvafiq dövlət qurumlarının rəsmi nümayəndələrindən ibarət olan nümayəndə heyəti ilə təmsil olunacaq.

Onun sözlərin əgörə, konfrans elmi-praktiki xarakter daşıyır və burada heç bir siyasi qərar qəbul edilməyəcək.Konfransın təşkilatçısı Corc Marşal Mərkəzidir.Konfransda əsas diqqət təbii kataklizmalar zamanı regionun energetika təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə ümumi nəzəri müddəalara, terror aktlarına və digər məsələlərə yönəldiləcək.Konfrans iştirakçıları həmin məsələ üzrə öz dövlətlərinin mövqeyini bildirəcək.

Konfransda bütün Xəzəryanı ölkələrin, həmçinin Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin nümayəndə heyətləri, eləcə də NATO, ABŞ-nın Avropa komandanlığı, eyni zamanda ABŞ-nın Dövlət Departamentinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti