...

MSK erməni mənşəli Azərbaycan vətəndaşlarına müraciət ünvanladı

Siyasət Materials 19 Oktyabr 2005 20:41 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni mənşəli vətəndaşlarına müraciət qəbul edib. Trend in məlumatına görə, bu müraciət oktyabrın 19-da keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub. Müraciətdə ermənilər öz Konstitusiya hüquqlarından istifadə edərək 6 noyabrda keçiriləcək parlament seçkilərində səsvermədə iştirak etməyə çağırılır. Bildirilir ki, 122 saylı Xankəndi və 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairələrinin seçiciləri olan ermənilər seçkilərlə bağlı məlumatlar almaq üçün MSK-ya, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və nümayəndəliklərinə müraciət edə bilərlər. Məlumat almaları üçün erməni vətəndaşlara həmçinin MSK-nın internet ünvanları, telefon nömrələri də təqdim olunub.

İclasda həmçinin Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) seçkilərin təşviqat qaydalarını pozması, bir sıra müxalifətçi namizədlərin pulsuz efir vaxtından istifadəsini qadağan etməsi məsələsi də müzakirə olunub. MSK tərəfindən seçkilərin təşviqat qaydalarının pozulması halları ilə bağlı Azərbaycanın kütləvi informasiya vasitələrinə (KİV) müraciət qəbul olunub.

İclasda MSK-ya daxil olan şikayətlərə baxılıb, həmçinin bir sıra seçki dairələrinin tərkibində dəyişiklik edilib, bəzi protokollar müzakirələrdən sonra təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti