...

Vladimir Ruşaylo seçkilərdə MDB müşahidəçilərinin işində qərəzli yanaşmaya görə taqsırlandırmanı rədd edib

Siyasət Materials 10 Noyabr 2005 14:12 (UTC +04:00)

MDB icra komitəsinin sədri, müşahidhəçi missiyasının rəhbəri Vladimir Ruşaylo seçki prosesi başa çatarkən seçki yekunlarının qiymətləndirilməsində MDB müşahidəçilərinin ünvanına deyilən qərəzli yanaşmaya görə taqsırlandırmanı rədd edir. Bu barədə Trend İTAR-TASS-a istinadən bildirir.

"Birlikdə bu və ya digər seçkilərdə işləyən MDB müşahidəçilərinin qərəzli yaxud maraqlı olması barədə danışmaq düzgün deyil" -deyə Ruşaylo bəyan edib. Onun sözlərinə görə, müşahidəçilərin ünvanına guya onların seçkilərdə müşahidələrin yekunlarına dair hansı bəyanatın hazırlanmasını öncədən bilmələri barədə tənqidi rəylər daxil olur.

"Biz istiqamət verə bilmərik, biz seçicilərlə görüş nəticəsində dövlət orqanlarından daxil olan informasiyaları, KİV-in informasiyalarını ümumiləşdiririk.Sonra bunları öz bəyanatımızda şərh edirik.Müşahidəçi missiyasının nə olduğunu aydın təsəvvür etmək lazımdır - bu, öz aralarında razılığa gələ bilməyən müxtəlif dövlətlərin, hakimiyyətlərin nümayəndələridir" -deyə Ruşaylo vurğulayıb.

O, həm də qeyd edib ki, Azərbaycanda keçirilən səsvermə yekunları barədə qərarı MDB müşahidəçiləri nəticələr elan edilməmişdən əvvəl hazırlayıb

Xəbər lenti

Xəbər lenti