...

Azərbaycanın xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşəcək

Siyasət Materials 10 Noyabr 2005 18:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının baş katibi ilə görüşəcək

Azxərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Starsburqa səfəri çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Terri Devislə görüşəcək və eləcə də AŞ Nazirlər Komitəsinin sessiyasında iştirak edəcək. Bu barədə Trend ə AŞ-nın Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimov məlumat verib.

AŞ-nın baş katibi ilə görüşün gedişində Azərbaycanda 6 noyabrda keçirilən parlament seçkilərinin nəticələri barədə fikir mübadiləsi aparılacaq, eləcə də rəsmi Bakı ilə AŞ arasında qarşılıqlı münasibətlərin inkişafı məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, AŞ Nazirlər Komitəsinin 115-ci sessiyası 2005-ci il noyabrın 16-17-də Strasburqda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti