...

"Elektron ticarəti haqqında" Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinə dəyişikliklər ediləcək

Siyasət Materials 16 Fevral 2006 15:03 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev ""Elektron ticarəti haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi məcəllələrə dəyişikliklərin edilməsi barədə" qanunun tətbiqinə dair sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə bir ay ərzində qanunun qüvvədə olan qanunvericiliyə uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək;

Nazirlər Kabinetinin və Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarını bu qanuna uyğunlaşdımaq və bu barədə prezidentə məlumat vermək;

Azərbaycan Respublikası İnzibati Qanun Pozuntuları Məcəlləsinin 240-1 maddəsində nəzərdə tutulmuş inzibati qanun prozuntuları ilə bağlı məsələləri nəzərdən keçirən səlahiyyətli orqanla bağlı təkliflər hazırlamaq və prezidentə təqdim etmək;

Öz səlahiyyətləri çərçivəsində bu qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti