...

Latviya hökuməti Bakıda səfirlik üçün binanın icarəyə götürülməsi ilə bağlı XİN-ə icazə verib

Siyasət Materials 1 Mart 2006 13:08 (UTC +04:00)

Latviya hökuməti çərşənbə axşamı günü xarici işlər Nazirliyinə Bakının mərkəzində həmin ölkənin Azərbaycandakı səfirliyi üçün yerin icarəyə götürülməsi ilə bağlı icazə verib. Trend bildirir ki, bu barədə Latviya Dövlət dəftərxanasının mətbuat xidmətində bildirilib.

300 kv.m sahədə yerin icarəsi üçün ayda 5000 ABŞ dollarının (demək olar ki, 3000 lat) ödənməsi ehtimal olunur. XİN hökumətə öz şərhində göstərir ki, yerin axtarışı üçün üç yerli ev alqı-satqı agentliyi cəlb edilib, 30-dan çox mümkün varianta baxılıb və təklif olunmuş bütün variantların qiymətləndirilməsindən sonra, eləcə də NATO və AB-nin tələbləri nəzərə alınaraq yeni Caspian Plaza biznes mərkəzinin 6-cı mərtəbəsində daha müvafiq yer seçilib.

Şərhdə qeyd olunur ki, Caspian Plaza -da standart icarə haqqı 1 kv.m üçün ayda 24 dollar təşkil edir, amma icarəyə dair müqavilənin beş il müddətinə bağlanması planlaşdırılır. Latviya bu qiymətin 1 kv.m. üçün 16,70 dollaradək (təxminən 10 lat) azaldılması barədə razılıq əldə edə bilib. İcarə haqqına mühafizə, yerin ümumi istifadə üçün təmizlənməsi, liftlərdən istifadə və yeraltı dayanacaqda səfirliyin iki maşını üçün yer haqqı daxildir.

BNS bildirir ki, Latviyanın Bakıdakı səfirliyində üç diplomat və iki işçidən ibarət beş nəfərin işləyəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti