...

Mirmahmud Mirəlioğlu: "Azərbaycan siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi əvvəl-axır baş tutmalıdır"

Siyasət Materials 6 Mart 2006 13:23 (UTC +04:00)

"Azərbaycan siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi əvvəl-axır baş tutmalıdır. Ola bilsin ki, yaxın zamanlarda bu, mümkün olmasın. amma partiyalara dövlət yardımı işin ziyanına yox, xeyrənə olacaq". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğlu bildirib.

O, qeyd edib ki, Azərbaycanda heç bir partiyanın fəaliyyətində və Nizamnaməsində antidövlət prinsipləri əks olunmayıb. Buna görə də dövlətin, iqtidarın siyasi partiyaları özü maliyyələşdirməsi həm də onun borcudur. M.Mirəlioğlu əlavə edib ki, dünyanın bütün sivil ölkələrində siyasi mövqeyindən asılı olmayaraq, partiyalar dövlət büdcəsindən maliyyələşdirilir: "Azərbaycanda isə bu proses gecikib. Amma gec də olsa, bu təcrübəni tətbiq etmək lazımlıdır".

Yalnız parlamentdə təmsil olunan partiyaların dövlət hesabına maliyyələşdirilməsi fikrinə münasibət bildirən "Klassiklər"in sədri deyib ki, bu, artıq süni maneə kimi qəbul ediləcək və çox uzunömürlü olmayacaq. Onun fikirincə, hətta "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik zamanı əsasən parlamentdə təmsil olunan partiyaların maliyyələşdirilməsi prinsipi tətbiq edilsə belə, gələcəkdə buna yenidən baxmaq və dəyişdirmək lazım gələcək.

Xəbər lenti

Xəbər lenti