...

Azərbaycan prezidenti Rumıniyanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 14 Mart 2006 16:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Rumıniyanın müdafiə naziri Teodor Atanasiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend məlumat verib.

Dövlət başçısı xatırladıb ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasına daxildir. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. İ. Əliyev özünün Rumıniyaya səfərinə yüksək qiymət verib və həmin səfərin gedişində bir sıra mühüm ikitərəfli razılaşmaların imzalandığını qeyd edib. Azərbaycan prezidenti T. Atanasiunun hazırki səfərinin hərbi müdafiə sahəsində əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Rumıniyanın müdafiə naziri səfər gedişində ikitərəfli hərbi əməkdaşlığın inkişafı ilə əlaqədar bir sıra razılaşmaların imzalandığını bildirib. Qonaq ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti