...

Ottavada Azərbaycan və Kanada arasında məsləhətləşmələr aparılır

Siyasət Materials 27 Mart 2006 19:20 (UTC +04:00)

Martın 27-də Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ottavada Kanada XİN-nin yüksək rütbəli nümayəndələri ilə təhlükəsizlik sahəsində danışıqlar aparacaq. Bu barədə Trend ə Azərbaycanın Kanadadakı səfirliyinin müşaviri Fərid Şəfiyev məlumat verib.

Onun sözlərinə görə, xarici işlər nazirliyinin müvafiq idarələrinin nümayəndələri, o cümlədən XİN başçısının müavini Cim Raytla məsləhətləşmələr aparılacaq.

Görüş zamanı təhlükəsizlik məsələləri ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi, Cənubi Qafqaz və Xəzərdə vəziyyət, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Kanada arasında əməkdaşlıq məsələləri də müzakirə mövzusu olacaq.

A.Əzimov həmçinin Karlton universitetinin tələbə-müəllim heyəti qarşısında Xəzər regionunda təhlükəsizliyə dair məruzə ilə çıxış etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti