...

Azərbaycanın ÜTT-yə daxil olması üzrə növbəti danışıqlar bu ilin sonuncu rübündə keçiriləcək

Siyasət Materials 31 Mart 2006 12:12 (UTC +04:00)

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı növbəti danışıqların keçirilməsi bu ilin sonuncu rübünə təyin edilib. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, belə bir qərar bu günlərdə Cenevrədə Azərbaycan hökuməti ilə təşkilatın rəhbərliyi arasında aparılan danışıqların gedişində qəbul edilib.

Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda ÜTT-nın katibliyinə təqdim olunan sənədlər - tarif və xidmətlər sahəsində təkliflərin yeniləşdirilmiş variantı, qanunvericiliyin təkmilləşdirilməsi planı, kənd təsərrüfatının subsidiyalaşdırılmasının qrafiki müzakirə edilib. Mal və xidmətlər bazarına daxil olmaq məsələləri üzrə Gürcüstanla danışıqlar başa çatıb. Müvafiq prosedurların başa çatması üzrə ÜTT-nın qaydalarına görə Azərbaycanla Gürcüstan arasında ikitərəfli protokolun imzalanması planlaşdırılır.

Danışıqlar çərçivəsində Azərbaycan tərəfi çoxsaylı suallara cavab verib.

ABŞ, AB, Yaponiya, Türkiyə, Gürcüstan, Norveç, Pakistan və təşkilata üzv olan digər dövlətlər təşkilata üzvlük məsələsində Azərbaycanı dəstəkləyirlər.

Xəbər lenti

Xəbər lenti