...

Asim Mollazadə Sumqayıt şəhər təşkilatının fəalları ilə müşavirə keçirib

Siyasət Materials 1 May 2006 17:54 (UTC +04:00)
Asim Mollazadə Sumqayıt şəhər təşkilatının fəalları ilə müşavirə keçirib

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə mayın 1-də partiyanın Sumqayıt təşkilatının rəhbərliyi və fəalları ilə müşavirə keçirib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət, 13 mayda keçiriləcək seçkilər, partiyanın müdafiə etdiyi dəyərlər, partiya quruculuğu məsələləri, Sumqayıt şəhərinin inkişafına dair təkliflər müzakirə mövzusu olub. A.Mollazadə öz çıxışında mövcud vəzyiyətdən, seçkilərlə bağlı qarşıda duran vəzifələrdən və Sumqayıt təşkilatının fəaliyyətinə dair zəruri məsələlərdən danışıb. Daha sonra partiyanın Sumqayıt şəhər təşkilatının sədri Arzu Musayev, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron seçki dairələrindən partiya tərəfindən namizədlikləri irəli sürülmüş Yusif Salmanov, Tofiq Yadigarov, həmçinin onun vəkili Kamal Bünyatov çıxış edərək partiya quruculuğu, seçki kampaniyasının gedişi barədə məlumat veriblər. Görüşdə həmçinin Sumqayıt şəhər təşkilatının cari funksiyaları da müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti