...

NATO PA sədri Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət edib

Siyasət Materials 4 May 2006 11:32 (UTC +04:00)

NATO Parlament Assambleyasının sədri Pyer Lelluş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Rober Koçaryanı Parisə dəvət edib. Bu barədə Trend "Azadlıq" radiosuna istinadən xəbər verir.

P.Lelluşun sözlərinə görə, Azərbaycan prezidenti artıq bu dəvəti qəbul edib və mayın sonunda Parisə səfər edəcək.

PA sədri xatırladıb ki, rəsmi Bakı NATO PA-nın assosiativ üzvüdür , ikitərəfli əməkdaşlığın səviyyəsi isə "əladır". P.Lelluş qeyd edib ki, mayın sonunda Azərbaycan nümayəndə heyəti Parisdə NATO PA-nın plenar iclasında iştirak edəcək.

"NATO PA-nın bütün üzvlərinə Azərbaycan prezidentinin bu və ya digər məsələlərlə bağlı mövqeyini bilmək çox maraqlı olacaq. İclasda digər dövlətlərin başçıları da iştirak edəcək", - deyə PA sədri bildirib.

Azərbaycan və NATO arasında əlaqələrə gəlincə, P.Lelluş qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanın NATO-ya üzv olub-olmayacağını bilməsə də, əgər Azərbaycan təşkilatın üzvü olmaq istərsə, bu məsələyə baxılmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı P.Lelluş bildirib ki, NATO PA bu münaqişənin həlli üçün səy göstərir. "Mən NATO PA-nın sədri olaraq Parisdə İ.Əliyev və R.Koçaryanla görüşəcəm. Biz münaqişənin həlli yollarını axtaracağıq. Bu münaqişə çox dağıdıcır və ehtiyatların tükənməsinə, insan tələfatına səbəb olur. Qafqaza sabitlik lazımdır. Mən Qarabağda səngərlərdə olmuşam və hər iki xalq üçün nə qədər çətin olduğunu bilirəm. Azərbaycanda qaçqınlar problemi də mənə məlumdur və onların halına acıyıram",- deyə o qeyd edib.

P.Lelluşun fikrincə, müharibə həll yolu deyil.

Xəbər lenti

Xəbər lenti