...

Fazil Qəzənfəroğlu: "Ermənistanda qərbi azərbaycanlıların Muxtar Respublikasını yaratmaq istiqamətində səylərimizi birləşdirməliyik"

Siyasət Materials 4 May 2006 12:33 (UTC +04:00)

Ermənistandan qovulan qərbi azərbaycanlıların öz torpaqlarında Muxtar Respublikasını yaratmaq istiqamətində səylərimizi birləşdirməliyik. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, qərbi azərbaycanlılara muxtariyyətin verilməsi ilə bağlı yaradılan Təşəbbüs Qrupu bu məsələdə onlara dəstək olmaq məqsədilə Milli Məclisin sədri və millət vəkillərinə müraciət edib.

BQP sədri onu da bildirib ki, bu məsələ gündəmə gec çıxarılıb. Amma bunu sürətləndirmək üçün bütün səyləri birləşdirmək vacibdir: "Mən düşünürəm ki, ölkənin şəhərlərinin birində Muxtar Respublikanın məclisi və ya hökumətini də formalaşdırmaq lazımdır". Millət vəkili vurğulayıb ki, bu məsələ beynəlxalq təşkilatların müzakirəsinə də çıxarılmalıdır. F.Qəzənfəroğlu onu da qeyd edib ki, Ermənistandan qovulan qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı BMT, ATƏT, AŞPA səviyyəsində iş aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti