...

Naxçıvanda dəyişkən hava şəraiti davam edir

Siyasət Materials 10 May 2006 18:27 (UTC +04:00)

Naxçıvanda qəflətən başlayan qasırğa şəhərə xeyli ziyan vurub. Əliabad qəsəbəsindəki şəxsi evlərin dam örtükləri, qaçqınların yaşadıqları binanın dam örtüyü, Naxçıvan şəhər icra hakimiyyətinin dam örtüyü qasırğa nəticəsində tamamilə qopub. Muxtar Respublika xəstəxanasının dam örtüyünün bir hissəsi dağılıb. Babək rayon Şıxmahmud və Uzunoba kəndlərindəki taxıl sahələrinə də xeyli ziyan dəyib.

Meyvə ağaclarının meyvələri tökülüb. Qasırğa 17.20-də başlayıb və 15-20 dəqiqə davam edib. Bir sıra kəndlərdə və şəhərdə elektrik xətləri sıradan çıxıb. İnsan tələfatı yoxdur.

Xəbər lenti

Xəbər lenti