...

Artur Lenk: Mayın 2-ci yarısında İsrail tarixində Azərbaycandan çıxan ilk millət vəkili Bakıya gələcək

Siyasət Materials 10 May 2006 18:48 (UTC +04:00)

Gələn həftə İsrail tarixində Azərbaycandan çıxan ilk millət vəkili Bakıya səfər edəcək. Trend agentliyinin məlumatına əsasən, bu barədə mayın 10-da İsrailin Azərbaycandakı səfiri Artur Lenk Xarici Dillər Universiteti tələbələri ilə görüşdə bildirib.

Onun dediklərinə görə, Yosef Şaqal 2006-cı ilin martın 28-də keçirilmiş İsrail parlamentinə seçkilərdə millət vəkili seçilib. Y. Şaqal Bakıya daha bir İsrail millət vəkili ilə gələcək və yəhudilərin kompakt yaşadığı ərazilərə baş çəkərək, iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, Y.Şaqal Bakıda yaşamış dağ yəhudisidir. O, SSRİ-nin dağılmasından sonra İsrailə köçüb. Bir müddət İsrailin 9-cu kanalında jurnalist işləyib. Hazırda millət vəkili "İsrail - Bizim Evimiz" partiyasını təmsil edir.

Xəbər lenti

Xəbər lenti