...

Seçici fəallığına dair məlumatlar Sumqayıt və Gəncənin TV-lərində, Bakının Binəqədi və Suraxanı rayonlarında yerli informasiya mərkəzləri tərəfindən yayımlanır

Siyasət Materials 13 May 2006 12:54 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin dörd dairədə yaradılmış yerli bölmələri bu gün səsvermədə iştirak edən seçicilərin fəallığı barədə məlumatları açıqlayır. Trend in məlumatına görə, bu barədə mayın 13-də keçirilən mətbuat konfransında "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev açıqlama verib. O, bildirib ki, Sumqayıt və Gəncə şəhərlərində, Bakının Binəqədi və Suraxanı rayonlarında ərazi informasiya mərkəzləri fəaliyyət göstərir.

Yerli informasiya mərkəzləri Suraxanı rayonunda neftçi Qurban adına Mədəniyyət Sarayında, Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsindəki Milli Qəhrəman Hümbətov adına parkda, Gəncədə isə "Alternativ TV" və "Kəpəz" televiziya kanallarında, Sumqayıtda "Dünya TV" kanalı vasitəsilə fəaliyyət göstərir.

Adları çəkilən ünvanlarda quraşdırılmış elektron tablo vasitəsilə seçicilərin səsvermədə iştirakına dair məlumatlar əks olunur, mütəmadi olaraq yeniləşir. 10 dairə üzrə keçirilən seçkilər barədə məlumatlar həmçinin MSK-nın www.cec.gov.azwww.infocenter.gov.az internet saytlarında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti