...

Mərkəzi Seçki Komissiyasında quruma daxil olan şikayətlərə baxılıb

Siyasət Materials 16 May 2006 19:23 (UTC +04:00)

Mayın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda komissiyaya daxil olan şikayətlərə baxılıb.

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş Hökumə İbrahimlinin şikayətinin araşdırılması üçün dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılıb. 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən namizəd olmuş Mürşüd Məmmədlinin iki şikayətinə baxılıb və hər ikisi araşdırılmağa göndərilib.

İclasda bir sıra anonim xarakterli şikayətlərə də baxılıb. Bu şikayətlər barədə məlumat verən MSK üzvləri bildiriblər ki, araşdırma aparılarkən belə bir şikayətin ümumiyyətlə verilmədiyi ortaya çıxıb. İclasda bəzi şikayətlərin isə orijinal deyil, surət olduğu əsas gətirilərək müzakirəyə çıxarılmayıb.

Xəbər lenti

Xəbər lenti