...

Heydər Əliyev Fondunun prezidenti "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb

Siyasət Materials 17 May 2006 14:20 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva Türkiyənin "Kanal7" telekanalı və First Business jurnalının təsis etdiyi "Zirvədəkilər-2005" mükafatlarından birinə layiq görülüb. Bu barədə Trend ə jurnalın nümayəndəsi Yeganə Kadayıfçıoğlu məlumat verib.

Mehriban Əliyeva "Türk dünyasının ilin sevgi və dostluq elçisi" mükafatına layiq görülüb.

Mərasim mayın 17-də Bakı vaxtı ilə saat 21:00-da İstanbulun "Kaya Ramada" otelində keçiriləcək və "Kanal 7" ilə yayımlanacaq.

Mərasimdə işgüzar dairələrin 300-ə yaxın görkəmli nümayəndəsinin, siyasətçilərin, dövlət, mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.

Mükafata layiq görülənlərin siyahısında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, ölkənin ekologiya naziri Osman Pepe və başqaları da var.

Mehriban Əliyevanın mükafatı Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğluna təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti