...

Gəncədə qaz pullarının yığımı 17 % təşkil edir

Siyasət Materials 17 May 2006 15:34 (UTC +04:00)

Gəncə Qaz İstismarı İdarəsinin baş mühəndisi Cavad Məmmədovun Trend in Qərb bürosuna verdiyi məlumata görə, şəhər ərazisində may ayının 15-dən etibarən qazın satışı yay limit qiymətləri ilə aparılır. Belə ki, qızdırıcı cihazlarda qaz istifadəsi nəzərə alınmayacaq, qaz piltələrinin qiyməti adam başına 4248, suqızdırıcı kalonkalarda isə qiymət 35 400 manat olacaq.

Cavad Məmmədov onu da bildirdi ki, ötən ay Gəncədə əhalidən qaz ödəniş haqlarının yığılması 16,6 faiz təşkil edib. Bu göstəricinin qənaətbəxş olmadığını deyən İdarə rəsmisi "Azəriqaz" rəhbərliyinin bölgəyə səfəri və abonentlərə təsir etmək baxımından ictimayyət qarşısında çıxış etməsinin böyük əhəmiyyəti olduğunu bildirdi.

C.Məmmədovun sözlərinə görə, hazırda Gəncənin Şanxay və 1,2,3, Dəmiryolu küçələrində qaz sayğajlarının quraşdırılması prosesi aparılır. Şəhər üzrə ümumi abonentlərin sayı isə artıq 18 000-i ötüb.

Xəbər lenti

Xəbər lenti