...

Təbriz universitetinin tələbələri İranda növbəti aksiya keçirib

Siyasət Materials 17 May 2006 19:11 (UTC +04:00)

Təbriz universitetinin tələbələri İranda növbəti aksiya keçirib. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosundan bildiriblər.

Etiraz aksiyasının keçirilməsində məqsəd "İran" qəzetinin Azərbaycan türklərinə qarşı xəyanət və təhqir dolu yazıları səbəb olub. Tələbələr müxtəlif şüarlarla çıxışlar ediblər. Universitetlər qarşısında keçirilən aksiya daxildə davam etdirilib. Tələbələrin keçirdiyi aksiyaya polislər müdaxilə etməyib.

Aksiyanın sonunda tələbələr qətnamə qəbul ediblər. Qətnamədə adıçəkilən qəzetdə yazılanların təkzib edilməsi, milli dildə jurnal buraxılması və digər tələblər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti