...

Azərbaycan və Gürcüstanın daxili işlər orqanları arasında əməkdaşlıq güclənir

Siyasət Materials 18 May 2006 16:57 (UTC +04:00)

Azərbaycanla Gürcüstanın daxili işlər orqanları arasında əməkdaşlıq güclənir. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Mehrab Tükanov məlumat verib.

M.Tükanov bildirib ki, Azərbaycanın və Gürcüstanın sərhədyanı bölgələrində fəaliyyət göstərən hər iki dövlətin polis əməkdaşları arasında regional birgə əməkdaşlığın yaradılması ilə bağlı məsələlər müzakirə olunur.

"Artıq bu əməkdaşlığın qurulma yolları ilə əlaqədar hər iki ölkənin polis səlahiyyətliləri arasında müzakirələr aparılıb. Sərhəddə ictimai təhükəsizlik, dəmiryolu nəqliyyatında cinayətkarlığa qarşı mübarizənin vəziyyəti barədə müzakirələrdə birgə əməliyyatlar keçirməklə bağlı razılıq da əldə edilib" - deyə idarə rəisi bildirib.

M.Tükanovun sözlərinə görə, birgə fəaliyyət xüsusilə narkotik vasitələrin sərhəddən daşınmasına qarşı olacaq.

"Ən yaralı yerimiz narkotik vaistələrlə mübarizədir. Onun azalma faizi digər cinayətlərlə müqayisədə aşağıdır. Bunun da səbəbləri var. Texniki avadanlığın yoxluğu, informasiya mübadiləsinin zəifliyi bu cinayətlə mübarizəyə mane olur" - deyə M.Tükanov qeyd edib.

Azərbaycanın Zaqatala-Balakən zonasında da Gürcüstanla sərhəd bölgəsinin polis əməkdaşları arasında əməkdaşlıq yaradılacaq. İkitərəfli əməkdaşlıq sərhədyanı bölgələrdə cinayətkarlığa qarşı mubarizədə öz müsbət effektini verəcək.

Cari ilin noyabr ayında isə Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşları bu mövzu ətrafında müzakirələri davam etdirmək üçün Gürcüstana səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti