...

Moskva Dövlət Universitetində Dağlıq Qarabağ problemi müzakirə olunacaq

Siyasət Materials 19 May 2006 12:55 (UTC +04:00)

Moskva Dövlət Universitetinin (MDU) nəzdində yaradılan postsovet məkanında ictimai-siyasi prosesləri təhlil edən analitik informasiya mərkəzinin təşəbbüsü ilə Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı dəyirmi masa keçiriləcək. Bu barədə Trend ə "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədov bildirib.

Qeyd edək ki, aprelin 16-da belə bir tədbir Dnestryanı ölkələr, Osetiya və Abxaziyanın problemlərinə həsr olunmuşdu.

F.Məmmədov bildirib ki, may ayında MDU-da Dağlıq Qarabağ məsələsinin geniş toplantı şəklində müzakirəsi planlaşdırılmışdı: "Lakin aldığımız məlumatlara görə, bu müzakirələr yay aylarında keçiriləcək. Geniş toplantıda yox, dəyirmi masa çərçivəsində". F.Məmmədov onu da qeyd edib ki, dəyirmi masada Moskvanın məşhur alimləri, siyasi analitikləri iştirak edəcəklər: "Sözsüz ki, Dağlıq Qarabağ problemini doğuran səbəblər və Ermənistanın işğalçılıq siyasəti barədə mən də məruzə edəcəm".

Xəbər lenti

Xəbər lenti