...

Ekologiya Nazirliyi: Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii ehtiyatları məhv etməklə ermənilər öz mahiyyətlərini göstərir

Siyasət Materials 22 May 2006 16:07 (UTC +04:00)
Ekologiya Nazirliyi: Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii ehtiyatları məhv etməklə ermənilər öz mahiyyətlərini göstərir

Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii ehtiyatları məhv etməklə ermənilər öz mahiyyətlərini göstərir. Trend agentliyinin məlumatına əsasən, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlrinə görə, bu, düşmən tərəfin adi mövqeyidir. "Həmin halların aradan qaldırılması məsələsi yersizdir, çünki biz müharibə şəraitindəyik. Əgər insanlara belə münasibət göstərilirsə, ətraf mühitə qarşı çoxdan belə siyasət yürüdülür" - deyə nazir qeyd edib.

Nazirlik ictimaiyyəti bu faktlar haqqında məlumatlandırmaq istiqamətində iş aparır. "Ekologiya və ətraf mühitə münasibət birmənalı olmalıdır" - deyə H.Bağırov vurğulayıb.

Azərbaycan hökumətinin R.I. Investment şirkətinə verdiyi ermənilər tərəfindən işğal olunmuş ərazilərindəki qızıl mədənlərinin istismarı məsələsinə toxunan H.Bağırov deyib ki, şirkət bu yataqlara olan hüquqlarını bəyan etməlidir.

"Məsələni hüquqi çərçivədə qaldırmaq lazımdır. Lakin hələlik şirkət fəaliyyət göstərmir" - deyə Ekologiya Nazirliyinin rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti