...

İqtisadi inkişaf naziri: Azərbaycan payızda avrobondların buraxılışı üzrə danışıqlara başlayacaq

Siyasət Materials 23 May 2006 14:51 (UTC +04:00)
İqtisadi inkişaf naziri: Azərbaycan payızda avrobondların buraxılışı üzrə danışıqlara başlayacaq

Azərbaycan 2006-cı ilin payızında avrobondların buraxılışı üzrə danışıqlara başlamağı planlaşdırır, lakin əvvəl Moodys Investors Service agentliyindən 2-ci suveren reytinqini almaq lazımdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iqtisadi inkişaf naziri Heydər Babayev Londonda "Reuters"ə müsahibəsində bildirib.

Azərbaycanın artıq Fitch Ratings agentliyinin BB uzunmüddətli suveren reytinqinə malikdir. Onun sözlərinə görə, iyunda Moodys Investors Service agentliyi nümayəndələrinin Bakıya səfəri gözlənilir.

"Avrobondlar üçün bizə reytinq lazımdır. Moodys-ın nümayəndələri gələcək və bu prosesi başlayacaq" - deyə nazir qeyd edib. Bu proses iş adamlarının yay tətilindən qayıtmasından sonra başa çatacaq. "Mən ümid edirəm ki, artıq bu payızda avrobondların buraxılışı haqqında danışıqlara başlaya bilərik" - deyə H.Babayev əlavə edib.

Ötən il oktyabrda o demişdi ki, Azərbaycan 2006-cı ildə $250-500 mln həcmində avrobond buraxmağı planlaşdırır. Lakin bu dəfə nazir nəzərə çatdırıb ki, dəqiq məbləği və borc götürmənin şərtlərini hələ müəyyənləşdirmək lazımdır.

Nazir vurğulayıb ki, 2-ci reytinq agentliyinin cəlb olunması məsələsində məsləhətçi olan City Group Azərbaycan hökumətinə avrobondların buraxılışına köməklik etməyi tövsiyə edib. Bu şirkətdən başqa, daha 20 bank (Deutsche Bank, Commerz Bank, BNP Paribas və s.) buna maraq göstərib.

Onun proqnozlarına əsasən, bu il ÜDM azı 30% artacaq.

Xəbər lenti

Xəbər lenti